AZ

"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"

İlon Mask hesab edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, ABŞ-ın sonu gələcək.
 
APA xəbər verir ki, İlon Mask bu haqda “X” hesabında danışıb.
 
Belə ki, milyarder demokratların qalib gələcəyi təqdirdə ABŞ-ın birpartiyalı sosialist dövlətinə çevriləcəyini bildirən nəşri şərh edib.
 
Qeyd edək ki, Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı iyul ayında baş vermiş sui-qəsd cəhdindən sonra seçki mübarizəsində açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp Maska 1 milyarddan çox baxış toplayan müsahibə verib.
Seçilən
115
46
moderator.az

10Mənbələr