AZ

“Hizbullah” Hayfanın atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb

“Hizbullah” Hayfa şəhərinin cənubunda İsrailin Karmel hərbi bazasını atəşə tutmasına görə məsuliyyəti öz üzərinə götürüb.

APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş məlumatda ​​deyilir.

“İslam müqavimət bölmələri, Karmel bazasında düşmən qüvvələrinə zərbə endirərkən “Fadi-1” yer-yer raketlərindən istifadə edib. Bundan əvvəl pilotsuz təyyarələr Hayfa ərazisindəki İsrail ordusunun təmir bazasına və partlayıcı maddələrin istehsalı müəssisəsinə hücum edib”.

Seçilən
29
4
apa.az

5Mənbələr