AZ

 “Nobel həftəsi” BAŞLADI

Oktyabrın 7-dən “Nobel həftəsi” başlayır.

 

Modern.az “nobelprize.org” saytına istinadla xəbər verir ki, oktyabrın 7-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək.

 

Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

 

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Seçilən
7
13
modern.az

10Mənbələr