AZ

Dələduzluq təqsirləndirilən ər-arvad yenidən məhkəmə qarşısına çıxarılır

Bakıda dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 9-na təyin edilib.

 

Qeyd: İş üzrə 5 zərəçəkmiş var.
 

Təqsirləndirilən şəxslərin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.
 

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. L.Abdullayeva məhkəmə zalından həbs edilib. Daha sonra onlara bəraət verilib. 

 

Kamal Məmmədov

 

 

Tarix: 7 Oktyabr 2024, 09:14   
Seçilən
28
pravda.az

1Mənbələr