Bakıda dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 9-na təyin edilib.
Qeyd: İş üzrə 5 zərəçəkmiş var.
Təqsirləndirilən şəxslərin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. L.Abdullayeva məhkəmə zalından həbs edilib. Daha sonra onlara bəraət verilib.
Kamal Məmmədov