AZ

“Qoca və deyingən” – “Trampda yaşı ilə əlaqədar idrak dəyişiklikləri var”

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın son çıxışlarının ardıcıllığı və konkretliyi azalıb ki, bu da onun yaşla əlaqədar “idrak dəyişikliklərindən” xəbər verir.

“AzPolitika” xəbər verir ki, bunu Trampın çıxışlarının kompüter təhlilini aparan “The New York Times” yazır.

Nəşr Trampın mitinqlərini, müsahibələrini, sosial şəbəkələrdəki paylaşımlarını araşdırıb və belə nəticəyə gəlib ki, 2015-ci ildə siyasi səhnəyə çıxmasıdan bəri onun bəyanatları getdikcə “daha tutqun, uzun, sərt və qəzəbli” olub. Həmçinin, Tramp getdikcə daha az diqqətli olur və daha çox keçmişə istinadlar edir. Onun seçki çıxışları uzun və darıxdırıcı olmağa başlayır. Məsələn, Trampın seçkiqabağı çıxışları 2016-cı ildə orta hesabla 45 dəqiqə idisə, hazırda 82 dəqiqəyə çatıb. O, həmçinin söyüşlərdən əvvəlkindən 69% daha çox istifadə edir. Bəzi ekspertlər bunun qocalmanın əlaməti olduğunu hesab edirlər.

Qəzetin qeyd etdiyi kimi, ABŞ-nin hazırkı Prezidenti Co Bayden seçki yarışını tərk etdikdən sonra 78 yaşlı Tramp prezidentlityə ən yaşlı namizəd oldu və o, qalib gəlsə, növbəti prezidentlik müddətini ölkə tarixinin ən yaşlı prezidenti kimi başa vuracaq.

“AzPolitika.info”

Seçilən
57
azpolitika.info

1Mənbələr