Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.
Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda İspaniya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi buna qədər keçirdiyi iki görüşdə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib və bu nəticələrlə pley-offa vəsiqəni təmin edib.