AZ

Texas Universitetində azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub (FOTO)

Bakı. Trend:

Texas Universitetində ABŞ-də yaşayan azərbaycanlı musiqiçiFərhad Xudiyevin konserti olub. Konsertdə Fərhad Xudiyevindirijorluğu ilə Texas Universiteti Simfonik Orkestri dahiAzərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindənseçilmiş parçaları, eləcə də bəstəkarlar Donald Gransamın (DonaldGrantham), İqor Stravinskinin əsərlərini ifa edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki,Fərhad Xudiyev 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ciillərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən2020-ci ilədək Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrindəbaş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda TexasUniversitetində dirijorluq sənətini tədris etməklə yanaşı alitəhsil ocağının simfonik orkestrində musiqi rəhbəri vəzifəsindəişləyir. Fərhad Xudiyev “Beethoven 25” qızıl medalına sahibdir,dünyanın müxtəlif ölkələrinin orkestrləri ilə çıxış edir.

Xatırladaq ki, 12 aprel 2024-cü ildə Müslüm Maqomayev adınaAzərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Xudiyevindirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət SimfonikOrkestrinin “Musiqi Körpüsü ABŞ-Azərbaycan” adlı konsertikeçirilib.

Texasdakı konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindənseçilib səsləndirilən parçaları aşağıdakı linkdən dinləməkmümkündür:

https://www.youtube.com/watch?v=Zsz_VGYoYDY

Texas
Texas
Texas
Texas
Texas
Seçilən
10
7
az.trend.az

8Mənbələr