Bakı. Trend:
"Gürcü Arzusu" partiyası Gürcüstanın Prezidenti SalomeZurabişviliyə qarşı impiçment prosedurunu yenidən başladacaq.
TrendGürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanıparlamentin spikeri Şalva Papuaşvili məlumat verib.
Onun sözlərinə görə, S.Zurabişvili hökumətin təsdiqi olmadanxarici səfərlərə davam edib, halbuki məhkəmə bu hərəkətlərikonstitusiyaya zidd hesab edib.