Oktyabrın 6-dan 7-nə keçən gecə “Bitcoin”in (BTC) dəyəri 64 min dolları keçdi.

İndex.az xəbər verir ki, son sutka ərzində BTC məzənnəsi 2 dəfə 63.9 min dolları test etmişdi. İlk kriptovalyuta oktyabrın əvvəlində Yaxın Şərqdə silahlı qarşıdurma başlamadan öncə bu civarda ticarət olunurdu.

CoinGecko məlumatlarına əsasən, son 24 saat ərzində “Bitcon” 2.5%, son 30 gündə isə 17.6% bahalaşıb. Son məlumatlara əsasən, kriptovalyuta 63.5 min dollar səviyyəsində ticarət olunur.

Kriptobazarın ümumi kapitallaşması son sutka ərzində 1.7%, bahalaşaraq 2.32 trilyon dollara çatıb. Bu müddət ərzində rəqəmsal aktivlərlə ticarət dövriyyəsi 67.8 milyard dollar təşkil edib.