AZ

Dadin döyüş zamanı öldürülüb

Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan rusiyalı müxalifət fəalı İldar Dadin döyüşlərdə həlak olub.

Bu barədə BBC məlumat yayıb. Nəşrin mənbələri rusiyalı fəalın ölümünü təsdiqləyiblər. Dadinlə döyüşənlər nəşrə bildiriblər ki, o, Xarkov vilayətində bölməsi ilə düşmənin artilleriya atəşi altına düşən zaman ​​həlak olub. Onun silahdaşları başqa təfərrüatları açıqlamasalar da, onu qəhrəman kimi qələmə veriblər.

2023-cü ildə Dadin Rusiya vətəndaşlarından ibarət yaradılmış bölmələrdən birinin tərkibində Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşəcəyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
31
news365.az

1Mənbələr