AZ

Bakıda karyeramın ən yaxşı qələbəsini qazandım - Oskar Piastri

Bakı. Trend:

İndiyə qədər karyeramda ən yaxşı qələbəni Bakıda qazanmışam.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu “McLaren” komandasının pilotu OskarPiastri Azərbaycan Qran-Prisindəki uğurlarından danışarkəndeyib.

“Auto Motor und Sport” nəşrinə müsahibə verən avstraliyalı pilotyarışın eniş-yoxuşlarından danışıb: “Çarlz Lekler ilk oyunda geriçəkiləndə qalib gələcəyimi düşünmürdüm. İkinci yeri mümkün olan ənyaxşı nəticə hesab etdim. Pit-stopdan sonra önə keçmək üçün kiçikşanslar oldu. Bir neçə dövrə ərzində istiqaməti daha çox tutdum vəbaşa düşdüm ki, indi ötməsəm, heç nə olmayacaq”.

Oskar əlavə edib ki, ötmə qələbənin 40%-ni, 35 dövrə isə qalan60%-i təmin edib: “Çarlzı Mediumda ötmək üçün ilk cəhd uğursuzoldu. Təkərlərimi çox qızdırdım. Yarış mühəndisi bir daha bunuetməməyimi söylədi. Mübarizə gərgin keçdi. Nə vaxtsa trasdançıxacağımı düşündüm, amma sonda hər şey yoluna düşdü”.

Seçilən
21
1
az.trend.az

4Mənbələr