Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına
görə, 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı vədən xəsarətləri
nəticəsində hadisə yerində həak olub.
2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli
Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı
il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. Mərhum bu ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.
Hadisə zamanı xəsarət alanların da hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam edir.