AZ

Rusiyanın tanınmış media şirkəti kiberhücuma uğradı

Rusiyanın \"VGTRK\" media şirkəti görünməmiş kiberhücuma məruz qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib.

Rusiyanın əsas milli televiziya kanalları və bir çox regional kanal, o cümlədən radio stansiyalarının sahibi habelə onları idarə edən \"VGTRK\" media şirkəti səhər saatlarında verdiyi açıqlamada onlayn xidmətlərinin gecə saatlarında kiberhücuma məruz qaldığını, lakin hücuma baxmayaraq radio və televiziya yayımlarının normal fəaliyyət göstərdiyini açıqlayıb.

\"Ən böyük media holdinqlərdən biri olan dövlət media holdinqimiz misli görünməmiş kiberhücumla üzləşib. Mütəxəssislər mühüm infrastruktura bu kiberhücum təşkil edənlərin geridə qoyduğu izlərin hara getdiyini öyrənmək üçün bütün elementləri müəyyən etməyə çalışırlar\", - deyə Peskov bildirib.
 
Mikayıl
Seçilən
35
azxeber.com

1Mənbələr