AZ

Ermənistan Azərbaycanın COP29-a ev sahibliyini qəbul edə bilmir - RƏY

Ermənistanın baş naziri Parisdə keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının tədbirində iştirak etmək üçün Fransaya getmişdi. Necə ki, bu Frankofoniya Təşkilatı süni, insanların qanı, Fransa tərəfindən torpaqları işğal edilmiş xalqların iztirabı hesabına yaradılmış “təşkilatdır”. Bu, əslində foniya məsələsi deyil, bu, işğalçılıq və müstəmləkəçiliyin xalqlara verdiyi əzablardan doğan bir nəticədir. Ona görə də, Frankofoniya Təşkilatı dünyada Fransa işğalı və zülmündən sonra fransız dilini mənimsəmiş, fransız dilində danışan insanların təşkilatıdır. Ona görə də, Beynəlxalq Frankofoniya Təşkilatında sonuncu Azərbaycana qarşı fikirlər səsləndirilən zaman xalqların böyük bir hissəsi buna etiraz etdilər.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisinin deputatı Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, sanki Frankofoniya Təşkilatı COP29 ərəfəsində Azərbaycana qara yaxmaq üçün məhz indi yığışmışdılar və Paşinyanı da məhz buna görə dəvət etmişdilər. Çox təəssüf ki, Paşinyan İranın, Fransanın, ABŞ-nin aqressiya siyasətinə alət olur və öz xalqını yeni müharibəyə sürükləməklə, Ermənistanın dövlət kimi mövcud olub-olmaması məsələsini sual altına alır.

Fransanın COP29-u istismar etdiyini və bir növ Azərbaycana qarşı ittihamlar irəli sürməklə, bu tədbirin əhəmiyyətini azaltmağa çalışdığını bildirən H.Babaoğlu bunun əsas məqsədini də ifadə edib.

Deputat vurğulayıb ki, Fransanın və digər ölkələrin COP29-u bəhanə edərək, Azərbaycana hücum etməsinin əsas səbəbi bundan ibarətdir ki, onlar COP29-a qədər Paşinyanın irəli sürdüyü yarımçıq sülh mətnini Azərbaycana imzalardırmağa çalışırlar. Beləliklə də, Azərbaycanın əldə etdiyi hərbi uğurlara kölgə salaraq onu layiq olmadığı sülhə məhkum etmək istəyirlər.

“Ancaq Azərbaycan əlbəttə ki, buna əsla getməyəcəkdir. Sonda təəssüf edən tərəf yenə Ermənistan olacaqdır. Çünki biz necə ki, Azərbaycan ərazisində suveren hüquqlarımızı bərpa edən zaman Fransanın göndərdiyi humanitar yüklər aylarla Azərbaycan-Ermənistan sərhəddində gözləyib geri qayıtdı, Azərbaycan suveren hüquqlarını Xankəndidə də bərpa etdi, eləcə də sabah Azərbaycan haqq etdiyi Zəngəzurla bağlı yolun açılmasında israr edərək buna nail olanda Fransa yenə Ermənistana kömək edə bilməyəcəkdir. Ona görə də Frankofoniya Təşkilatı bütün bunları nəzərə almalıdır və Paşinyan da bu “təşkilata” alət olmaqdan nəhayət əl çəkməlidir, əks təqdirdə bu, Ermənistanın özünün əleyhinə olacaqdır”, - deyə H.Babaoğlu qeyd edib.

Aminə Nəzərova

Seçilən
17
operativmm.az

1Mənbələr