AZ

“Qərb qarışmasa 15 günə müharibə bitəcək” – Borrel

Qərbin dəstəyi olmasa, Ukraynadakı münaqişə 15 günə bitəcək”.

Medianews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrell deyib.

Onun fikrincə, çoxları bu münaqişənin bitməsini istəyir, lakin önəmli olan onun necə başa çatmasıdır.

“Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, 15 gün ərzində müharibə başa çatacaq və Putin öz məqsədlərinə çatacaq. Amma biz bunu ukraynalılar və özümüzün, avropalıların təhlükəsizliyi üçün istəyirikmi?” – Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Borrelin sözlərinə görə, sonradan Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün əlverişli şərtlərlə danışıqlar aparmaq üçün mümkün olan hər şeyi etmək lazımdır.

Ayşən

Seçilən
42
medianews.az

1Mənbələr