AZ

Fərid qalan ömrünü həbsdə keçirəcək - Video

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinincinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
BUTA.TV”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsə heç bir endirim etmədən, ömürlük məhkum edilməsinə hökm edib. F.Hüseynli qalan ömrünü həbsxanada keçirəcək. Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub. Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı. Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir. Sail Ağasəlim
 


 
Seçilən
41
9
buta.tv

10Mənbələr