AZ

Turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycan Turizm Bürosu ilə “Azərbaycan Hava Yolları”nın birgə təşəbbüsü ilə Bakının turizm imkanlarının təbliği məqsədilə kampaniyaya start verilib.

Kampaniya çərçivəsində AZAL-la səyahət edən yerli və xarici sərnişinlər sentyabrın 29-dan dekabrın 29-na kimi AZAL-ın minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20% endirim əldə edirlər.

Qeyd edək ki, 29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobuslarında bir günlük pulsuz səyahət imkanı təqdim olunub.

Dünya təcrübəsində geniş istifadə olunan “Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audio-bələdçi mövcuddur.

Avtobus turları haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq mümkündür: https://azerbaijan.travel/hop-on-hop-off-az

Seçilən
16
14
dogru.az

10Mənbələr