AZ

İran ABŞ-İsrail hücumlarına qarşı çıxmaq üçün pakt hazırlamağa başlayıb

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ABŞ və İsrailin hücumları zamanı müttəfiqlərə hərbi yardım göstərəcək "Müqavimət paktı” haqqında qanun layihəsi hazırlayır. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Bu planın layihəsinə əsasən, "Müqavimət Paktı" iştirakçısı olan bütün ölkələr və ya azadlıq hərəkatları sionist rejim və ya ABŞ-ın pakt iştirakçılarının ərazisinə hücumu halında, hərtərəfli iqtisadi, hərbi və siyasi yardım”, - hesabatda deyilir.

Paktın şərtlərinə görə, İsrail və ya ABŞ-ın öz ölkələrindən birinə hücum edəcəyi təqdirdə operativ qərargah yaradılacaq.
 
Agentliyin məlumatına görə, onun vəzifələrinə təlimlərin keçirilməsi və hərbi əməliyyatların əlaqələndirilməsi daxil ola bilər. Eyni zamanda planın həyata keçirilməsinə və vəzifələrin bölünməsinə İranın Ali Milli Təhlükəsizlik Şurası cavabdeh olacaq.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Austin və onun israilli həmkarı Yoav Qalant İranın cilovlanmasına sadiq olduqlarını təsdiqləyiblər.

Oktyabrın 7-də Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək vəzifəli məmuru Qolf Qof İsrailin İranın ən azı bir nüvə obyektinə zərbə endirəcəyi ilə bağlı fikirlərini bildirib.
 
Aytac 

www.anews.az
Seçilən
16
1
anews.az

10Mənbələr