AZ

Ərdoğan: "İsrail bu soyqırımın əvəzini gec-tez ödəyəcək"

"Necə ki, Hitler bəşəriyyətin ortaq ittifaqı ilə dayandırıldı. Netanyahu və onun qətl şəbəkəsi də eyni şəkildə dayandırılacaq".

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qəzzadakı dağıntılara diqqət çəkən Ərdoğan bildirib ki, Qəzzada 365 gün əvvəl sağ olan 50 min insan vəhşicəsinə qətlə yetirilib:

"Qəzzada, Fələstində və bu gün Livanda ölənlər təkcə qadın, uşaq, körpə və günahsız mülki insanlar deyil. Artıq 1 ildir ki, dünya qarşısında qətlə yetirilənlər əslində bütün bəşəriyyətin gələcəyə olan ümidi idi. İsrailin uzun illər davam edən işğalçılıq siyasətinə son qoyulmalıdır. Biz Türkiyə olaraq, İsrail hökumətinə qarşı durmağa davam edəcəyik".

Gülşən Şərif

Seçilən
14
6
bakivaxti.az

7Mənbələr