AZ

Litvada NATO ölkələrinin iştirakı ilə irimiqyaslı hərbi təlimlər başlayır

Bu gün Litvada 10 gün davam edəcək “Dəmir Qurd – 2024-II” beynəlxalq hərbi təlimləri başlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələri məlumat yayıb.

Burada 3200-dən çox Litva və müttəfiq ölkələrin əsgərləri və 700 hərbi texnika iştirak edəcək.

Təlim zamanı gecə-gündüz hücum və müdafiə əməliyyatlarının planlaşdırılması və icrası, bölmələr arasında qarşılıqlı fəaliyyət həyata keçiriləcək.

Təlimdə Litva hərbçilərindən əlavə, Belçika, Çexiya, ABŞ, Lüksemburq, Norveç, Hollandiya və Almaniyadan olan nümayəndələr də iştirak edəcək.

Qeyd edək ki, “Dəmir Qurd” təlimi hər il yaz və payız aylarında keçirilir.

 

Gözəl Həşimova

Seçilən
10
1
iqtisadiyyat.az

2Mənbələr