AZ

Mikel Arteta Kay Havertsin məhsuldarlığını qiymətləndirdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın heyətində ardıcıl 7 ev oyununda qol vurmuş alman hücumçu Kay Havertsin çıxışından danışıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“O, məşq edəndə daha çoxunu istəyir və etdiyi işlə qane olmur. Buna görə də o, hələ də fərqli səviyyədədir. Aydındır ki, o, inanılmaz oyunçuların əhatəsindədir, amma onda da bir xüsus dəyişdi. Onun futbol meydanında göstərdiyi inamı həqiqətən hiss edirsən. Bu, ona futbol oyunlarında qalib gəlməyə kömək edir. Bu, gözəldir”, deyə Mikel Arteta razılıqla bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunun “Sauthempton”la ev oyunu Kay Haverts üçün əlamətdar olub. Alman futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda “topçular”ın qələbəsinə vurduğu qolla töhfəsini verib. Beləliklə, Haverts ardıcıl 7-ci dəfə “Arsenal”ın ev oyunları çərçivəsində qol vurmağı bacarıb. Bununla da, alman futbolçu “topçular”ın niderlandlı keçmiş hücumçusu Robin van Persinin qolçuluq rekordunu təkrarlayıb.

Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro müqabilində “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümündə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 10 oyuna çxııb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Havertsin “topçular” üçün çıxışının ümumi mənzərəsi 61 oyun, 20 qol, 8 məhsuldar ötürmədən ibarətdir.

Alman futbolçu “topçular”la İngiltərə Super Kubokunun 2023/2024-cü illər mövsümünün qalibi olub, həmçinin həmin mövsüm İngiltərə Premyer Liqasını gümüş medalını qazanıb.

Kay Haverts 2018-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 53 oyuna 19 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı alman mərkəz hücumçusu Kay Havertsin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
7
2
arena.az

3Mənbələr