AZ

“hökumətlə razılaşdırılmayan xarici səfərləri..” – Zurabişviliyə impiçment başladılır

Hakim “Gürcü Arzusu” Partiyası Prezident Salome Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərinə görə impiçment prosesini bərpa edəcək.

Medianews.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Konstitusiyamız gürcü xalqının iradəsinin əks olunduğu əsas qanundur. Buna görə də onun qəsdən, açıq şəkildə pozulması cavabsız qala bilməz”,- spiker deyib.

O bildirib ki, parlament çoxluğu (prezidentin) impiçment prosedurunu bərpa etmək və parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib.

Bundan öncə Gürcüstan prezidentinin hökumətlə razılaşdırmadan Avropa ölkələrinə səfər etdiyi bildirilmişdi.

Ayşən

Seçilən
32
medianews.az

1Mənbələr