AZ

Ərdoğan: Netanyahu Hitler kimi dayandırılacaq

Bəşəriyyət bir vaxtlar Nasist Almaniyasının lideri Adolf Hitleri dayandırdığı kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdəki hərəkətlərini dayandıracaq.

Bu barədəTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

“Unutmamalıyıq ki, İsrail bir ildir həyata keçirdiyi və hələ də davam etdirdiyi bu soyqırımın əvəzini gec-tez ödəyəcək. Hitler bəşəriyyətin ortaq birliyi tərəfindən dayandırıldığı kimi, Netanyahu və onun sui-qəsd şəbəkəsi də eyni şəkildə dayandırılacaq”, – Türkiyə lideri yazıb.

O qeyd edib ki, bu gün onlar İsrailin Qəzza zolağında və Livanda keçirdiyi hərbi əməliyyatlar zamanı il ərzində həlak olan on minlərlə insanı xatırlayırlar. Ərdoğan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Türkiyə prezidenti vurğulayıb ki, İsrail təkcə insanları deyil, bəşəriyyətin işıqlı gələcəyə olan ümidlərini də öldürür və bu soyqırım siyasətinə son qoyulmalıdır.

Seçilən
33
6
aznews.az

7Mənbələr