AZ

“Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib

“Hizbullah” döyüşçüləri İsrailin şimalına nüfuz etmək üçün deltaplanlardan istifadə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə Yuxarı Qalileyanın sərhədyanı əraziləri üzərində deltaplanlarda göydə bir neçə döyüşçü görünüb.

Oktyabrın 6-da da “Hizbullah” döyüşçüləri Kibbutz Doviv yaxınlığındakı yeraltı tunel vasitəsilə İsrailin şimalına daxil olublar.

İsrail hərbçiləri onlara atəş açıb və altı nəfəri öldürüb.

Seçilən
28
5
operativmedia.az

6Mənbələr