AZ

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasında iki bəyanata qoşulmayıb

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, MDB Xarici İşlər Nazirləri Şurasında erməni tərəfi iki bəyanata qoşulmaqdan imtina edib.

O, İctimai TV-yə müsahibəsində qeyd etdiyi kimi, Ermənistan Avrasiyanın təhlükəsizliyi və sanksiyalarla bağlı bəyanatlara qoşulmayıb.

Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının plenar iclasında iştirak edib.

Mənbə TASS

Seçilən
40
32
dogru.az

10Mənbələr