AZ

ABŞ-də ayıların hücumundan sağ çıxan kişi harada gizlənib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də 74 yaşlı kişi ana ayı və üç balasının hücumuna məruz qalıb, lakin hücumdan sağ çıxa bilib.
Bu barədə Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir.
Kolorado ştatında ayılar açıq qalan qapıdan evə soxulublar. Yaşlı kişi onları stulla qovmağa çalışsa da, buna nail ola bilməyib. Ayı stulu divara fırladıb, kişinin boynunu, qarnını, eləcə də qollarını və ayaqlarını yaralayıb.
Daha sonra kişi özünü yataq otağına keçərək qapını bağlamağı bacarıb və bölgə şerifini köməyə çağırıb. Şerifin köməyi ilə kişi xilas edilib və ona tibbi yardım göstərilib.
Daha sonra ayılar kişinin evinin yaxınlığındakı ağaclarda tapılaraq zərərsizləşdirilib.
Nəşr qeyd edir ki, hadisə bu il Koloradoda ayı hücumu ilə bağlı qeydə alınan ilk haldır. 2023-cü ildə altı belə hal qeydə alınıb.
Seçilən
25
1
oxu.az

10Mənbələr