AZ

Azərbaycanın iki rayonunda evləri böcəklər basdı

Zaqatala rayonunun əksər kəndlərində qəhvəyi mərmər bağacığı adlı böcək kütləvi şəkildə yayılıb. Artıq evlərə dolan böcəklər hər kəsi narahat etməyə başlayıb.

Publika.az “Report”a istinadən xəbər verir ki, ziyanverici böcəklər rayonun Aşağı Çardaqlar, Fındıqlı, Əliabad, Qandax, Kəpənəkçi və digər kəndlərdə müşahidə olunur. Sakinlərin sözlərinə görə təsərrüfatlar, meyvə bağları, evlərin divarları və içərisi böcəklərlə doludur.

Mütəxəssislərin sözlərinə görə, bu böcək 400 növ bitkiyə, 40-a qədər meyvə növünə ciddi zərər vurur. Toxunduqda pis qoxu yayan qəhvəyi mərmər bağacığı əsasən havanın temperaturunun yüksək olduğu saatlarda çoxala bilir.

Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizə Mərkəzinin rəisi Turac Səfərli “Report”un yerli bürosuna bildirib ki, mərkəzin əməkdaşları tərəfindən zərərvericilərin məhv edilməsinə başlanılıb:

Seçilən
32
50
publika.az

10Mənbələr