AZ

Putin İran prezidenti ilə görüşəcək

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabada səfər edəcək və burada oktyabrın 11-də “Zamanlar və sivilizasiyalar münasibətləri - sülhün və inkişafın əsası” forumunda iştirak edəcək.  

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat yayıb. 

Bildirilir ki, Aşqabadda Putinin ikitərəfli, o cümlədən İran prezidenti Məsud Pezeşkianla görüşləri gözlənilir.

"Bu görüş həm ikitərəfli məsələlərin müzakirəsi, həm də Yaxın Şərqdə kəskin şəkildə pisləşən vəziyyəti müzakirə etmək baxımından böyük əhəmiyyət kəsb edir", - Uşakov bildirib.

Bu, Putinin Pezeşkianla ilk görüşü olacaq.

Seçilən
13
50
unikal.az

10Mənbələr