AZ

Maqnus Karlsen şahmat oynamaq istədiyi futbolçulardan danışdı

16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen şahmat oynamaq istədiyi futbolçulardan danışıb.

Arena.az “The Guardian” nəşrinə istinadən, Karlsenin bu barədə fikrini təqdim edir:

“Mən böyük futbol azarkeşiyəm və Salahın mütləq pərəstişkarıyam. Onunla hələ görüşməmişəm, amma bunu çox istərdim – şahmat oynayan digər idmançılar kimi, ona heyranam.

Onu da bilirəm ki, Martin Edeqor (Karlsenin həmyerlisi, “Arsenal”ın oyunçusu – redaktorun qeydi) azacıq şahmat oynayır. O, bir müddət əvvəl daha mütəmadi oynayırdı, amma sonra isə yavaşladı. O, yaxşı oyunçudur, amma bu amili azacıq gizlədir.

Ən yaxşısına gəlincə, mən bu haqda bilmirəm. Çox layiqli oyunçular var (söhbət futbolçulardan gedir). Amma mən bilmirəm ki, qarşılaşdığım idmançılar arasında həqiqətən də yaxşı şahmat oyunçuları varmı, ya yox”, deyə Maqnus Karlsen bildirib.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah “şahmata aludə olduğunu” etiraf edib. O, hətta Maqnus Karlsenə heyran olduğunu bildirib.

Seçilən
17
arena.az

1Mənbələr