AZ

Kim Çen Koreyanı birləşdirmək istəmir: Cənubda böyük insan yoxdur...

Şimali Koreya lideri Kim Çen In ölkəsinin Koreya yarımadasının birləşməsində maraqlı olmadığını və qonşu Cənubi Koreyaya hücum etmək niyyətində olmadığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Yonhap Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən məlumat yayıb.

"Bizim Koreya Respublikasına hücum etmək niyyətimiz yoxdur. Əvvəllər biz Cənubun hansısa azadlığından çox danışırdıq, hətta qüvvələrin birləşməsi haqqında düşünürdük. Hazırda bununla bağlı heç bir maraq yoxdur", deyə Kim ölkə paytaxtında Milli Müdafiə Universitetində olarkən bildirib.

Onun sözlərinə görə, Pxenyan ilin əvvəlində iki dövlətin mövcudluğunun faktiki tanınmasını və Şimal və Cənubun bir ölkədə birləşdirilməsi ilə bağlı bütün planların rədd edilməsini nəzərdə tutan kurs elan edib.

"Ancaq problem ondadır ki, onlar bizimlə ayaqlaşa bilmirlər. Görünür, Seulda elə bir böyük insan yoxdur ki, belə sadə işin öhdəsindən gələ bilsin - daim bizdən yapışmasın və öz gücü ilə öyünməsin", deyə Kim əlavə edib.

O qeyd edib ki, hətta tarixin ən böyük komandiri belə nüvə və qeyri-nüvə dövlətlərinin hərbi imkanları arasında körpü yaratmaq iqtidarında deyil və bir daha "düşmənləri" Şimali Koreyaya hücum etməyə cəhd edərlərsə, nüvə zərbəsi ilə hədələyib.

"Düşmənlər ölkəmizə qarşı güc tətbiq etməyə cəhd edərsə, bütün hərbi güc tərəddüd etmədən istifadə olunacaq və nüvə silahından istifadə istisna edilməyəcək", deyə Şimali Koreya lideri vurğulayıb.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr