AZ

Kürdəmirdə ağır QƏZA: 16 yaşlı oğlan xəsarət aldı

Kürdəmirdə motosiklet aşıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. 
 

Belə ki, motosikletin sürücüsü, Gəncə sakini 16 yaşlı Məmmədov Emin Nail oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.


Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu

Seçilən
18
2
bizim.media

3Mənbələr