AZ

Prezidentin xalqın maraqlarını yüksək səviyyədə təmsil etməsi çox dövlətləri narahat edir - Siyavuş Novruzov

 

Azərbaycanın apardığı müstəqil siyasət, Prezident İlham Əliyevin xalqın və dövlətin maraqlarını bütün dünya ölkələri qarşısında yüksək səviyyədə ləyaqətlə təmsil etməsi, xalqın haqqını kiməsə verməməsi çox adamları, dövlətləri narahat edir.

Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu ölkələr digər bölgələrdə olduğu kimi, Cənubi Qafqazda da yenidən müharibə alovunu qızışdırmaq istəyir:

“Bunlardan biri də ABŞ-dir. Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı, ya da birbaşa iştirak edir. Bir çox ölkələrin daxili işlərinə qarışması, xırda-xırda dövlətləri yaradıb öz səfirləri vasitəsilə idarəetmə mexanizminə keçməsi ABŞ-nin birbaşa vəzifəsidir. Özünün insan hüquqları, demokratiya ilə Corc Vaşinqtonun yaratdığı prinsiplərdən kənara çəkilərək sırf işğalçılıq, qan tökmə siyasəti ilə məşğul olurlar. Tökülən qanların böyük hissəsinin məsuliyyəti də həmin dövlətin üzərinə düşür”.

Seçilən
8
3
missiya.az

6Mənbələr