AZ

Qlobal halal biznesin həcmi bu il 6,7 trilyon dollara çatacaq

Bu ilin sonuna kimi qlobal halal biznesin həcminin 6,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

Onun sözlərinə görə, son altı ildə qlobal halal biznesi 47% artıb: “Dünyada halal biznesə maraq getdikcə artır. Bu baxımdan bizə müfəssəl bir yanaşma lazımdır. Geniş mənada halal sektor dedikdə yalnız qida sektoru anlaşılmamalıdır. Bura maliyyədən, turizmə, əczaçılıqdan, kosmetologiyaya kimi, insanların ehtiyaclarını təmin edən bir çox sahələr daxildir”.

Seçilən
46
19
banker.az

10Mənbələr