AZ

Kürdəmirdə avtomobil su kanalına düşüb

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər - Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Əsgərova Nəzakət Ziyafət qızı və 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Aslanova Bilqeyis Rüstəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimər onların vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr