AZ

Dünyanın ən çox maaş alan liderləri- Siyahıdakı maraqlı adlar

Dövlət başçılarının maaş səviyyəsinə görə renkinqi tərtib edilib.

Məlum olub ki, ən çox maaş alan dövlət başçısı Sinqapurun Baş naziridir.

Bu vəzifəni hazırda Lourens Vonq tutur. Onun illik maaşı təxminən 1,69 milyon dollara bərabərdir.

“Cebheinfo.az” bu barədə “Forbes”-ə istinadən  yazır.

Siyahıda ikinci yerdə ildə 570 min dollar qazanan İsveçrə Prezidenti Viola Amherd qərarlaşıb. Avstraliyanın Baş naziri Entoni Albanese üçüncü, ABŞ Prezidenti Co Bayden isə dördüncü yeri tutub.

İlk onluğa həmçinin Avstriya kansleri Karl Nehammer, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson, Kanadanın Baş naziri Castin Trüdo, Almaniya kansleri Olaf Şolz, Yaponiyanın Baş naziri Şiqeru İşiba və İrlandiyanın Baş naziri Saymon Harris daxil olub.

Seçilən
25
cebheinfo.az

1Mənbələr