AZ

Keçiddə hamıya yol verən sürücü qadına təhlükə yaratdı - VİDEO

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 5-də, Heydər Əliyev prospektində baş verib. Belə ki, 01-BM-985 qeydiyyat nişanlı "Kamaz" markalı yük avtomobilinin sürücüsü keçiddə dayanaraq piyadalara yol verib. Daha sonra isə piyadaların keçidə daxil olduqlarını görən zaman hərəkətə başlayaraq onlara təhlükə yaradıb. Videogörüntüdən də aydın şəkildə görünür ki, yolu keçən qadın dayanaraq özünü təhlükədən qoruyub.

Qeyd edək ki, bu sürücü pozduğu qaydaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 330.0-cı maddəsi ilə 50 manat məbləğində cərimə oluna bilər.

 

Könül Rauf

Seçilən
18
avtosfer.az

1Mənbələr