AZ

Vergi Məcəlləsinə təklif edilən dəyişiklik təsdiqləndi

Vergi

Bakı, 8 oktyabr, AZƏRTAC

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti uzadılır.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin 2025-ci il yanvarın 1-dək daha iki il uzadılmasını nəzərdə tutur.

Seçilən
40
1
azertag.az

2Mənbələr