AZ

İrşad Kader: “Azərbaycan halal turizm istiqaməti üzrə 20-ci yerdə qərarlaşıb”

Bu il Azərbaycan 145 halal turizm istiqaməti üzrə 20-ci yeri tutaraq, halal turizm sektorunda önəmli mövqedə qərarlaşıb.

"Report" xəbər verir ki, bunu Avstraliyanın “Globothink” şirkətinin Baş icraçı direktoru və halal sənayesi üzrə konsultantı İrşad A. Kader Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Azərbaycanda sahibkarların 99 %-dən çoxu kiçik və orta müəssisələrdir (KOB), bunların təxminən 97,3 %-i mikro, 1,9 %-i kiçik, 0,8 %-i isə orta ölçülü müəssisələrdir. KOB-lar ticarət, kənd təsərrüfatı, tikinti, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərirlər. KOB-ların transformasiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində nəzərdə tutulub", - İrşad A. Kader bildirib.

O hesab edir ki, halal sənaye dünyada sürətlə böyüyən bir sektordur.

"Bu sənayenin ən önəmli iqtisadi aktorlarından biri kiçik və orta sahibkarlıq subyektləridir (KOS). Onlar halal məhsul və xidmətlərin istehsalında, istehlakçı tələblərinin qarşılanmasında və iqtisadi artımın təmin edilməsində əsas rol oynayırlar. KOS-ların inkişafı və gücləndirilməsi qlobal iqtisadiyyatda halal sektorunun davamlı böyüməsini təmin etmək üçün kritik bir əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Seçilən
20
33
far.az

10Mənbələr