AZ

"Azərbaycana qarşı siyasi təzyiqlər və sanksiyalara başlanması ABŞ-Erməni assambleyasının təlimatıdır"

\"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken tərəfindən Azərbaycana qarşı siyasi təzyiqlər və sanksiyalara başlanması ABŞ-Erməni assambleyasının təlimatı və tapşırığı əsasında həyata keçirilib\".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə ABŞ-nin Azərbaycana qarşı yürütdüyü riyakar fəaliyyətlərdən danışarkən deyib.
 
Politoloq əlavə edib ki, ABŞ həqiqətən sülh tərəfdaşıdırsa, bu cür absurd qərarların verilməsinə maneə olmalıdır:
 
\"Əgər ABŞ Azərbaycanla Ermənistan arasında sülh tərəfdarıdırsa, bu məsələdə vasitəçilik etməkdə maraqlıdırsa həmçinin Cənubi Qafqazda Azərbaycanla münasibətlərin normallaşmasını hədəfləyirsə, əlbəttə ki, bu kimi qərarların, sanskiyaların qəbul edilməsi ABŞ-nin regional siyasətinə çox böyük zərbə endirəcək. Azərbaycan MDB ölkələrini çıxmaq şərtiylə, Rusiyanın heç bir layihələrində yer almır. Azərbaycanın öz müstəqil gündəmi var. Biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam əldə etmiş ölkəyik. Ermənistanın təklifiylə ABŞ 13 bənddən ibarət sülh sazişinə Azərbaycanın da imza atmasını istəyir. Amma bu uzun illərin münaqişəsidir. Azərbaycanın artıq ərazi bütövlüyü təmin edilib. Biz yekun sülh müqaviləsinin bağlanmasının tərəfdarıyıq. Görünür, bu ABŞ-ni çox narahat edən bir faktordur. Onlar Azərbaycanın müstəqil siyasətini həzm edə bilmirlər. İnsan hüquqları demokratiyasını təzyiq kimi istifadə etmək üçün gündəmə gətirirlər. Düşünürəm ki, ABŞ Azərbaycanın regionda strateji önəmini bilir. Həmin ölkədəki seçkilərdən sonra - noyabrda tərəflər arasında münasibətlər normallaşacaq\".
 
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Konqresinin üzvləri dövlət katibi Entoni Blinkenə məktub ünvanlayaraq Azərbaycandan guya sülh prosesinə xələl gətirə biləcək bəyanatlardan imtinaya məcbur etmək tələb olunub.
 
Onu da əlavə edək ki, Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyiblər.
 
Mikayıl Mirzəzadə
Seçilən
11
50
azxeber.com

10Mənbələr