AZ

BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur

Bakı Dövlət Universiteti (BDU) rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İngiltərənin Mançester Universitetində nüfuzlu “Times Higher Education” (THE) reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində iştirak edir. Sammitdə BDU öz stendi ilə təmsil olunur.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Dörd yüzdən çox ali təhsil müəssisəsinin təmsil olunduğu tədbirdə iştirakın məqsədi dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi üçün onların təcrübəsinin öyrənilməsi, yeni birgə layihələrin müzakirəsi, elmi tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübə mübadiləsinin aparılmasıdır.
 
Seçilən
7
1
moderator.az

2Mənbələr