AZ

Hakan Fidan sabah Xorvatiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 9-da Xorvatiyaya səfər edəcək.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.

Bildirilir ki, siyasətçi Dubrovnik şəhərində keçiriləcək Cənub-Şərqi Avropa Sammitinin üçüncü toplantısında iştirak edəcək.

Məlumata görə, Hakan Fidan sammitdə Rusiya-Ukrayna müharibəsinə son qoyulması və regional hadisələrlə bağlı çıxış edəcək.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
missiya.az

1Mənbələr