Dünyanın ən yaxşı ehtiyat valyutalarının siyahısı açıqlanıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun məlumatında deyilir.
Qeyd edilib ki, ABŞ dolları qlobal ehtiyatlarda 59% payla liderdir. Belə ki, dünyada bu valyutanın 6,76 trilyon dollar ehtiyatı var.
Valyuta | Bazarda dəyəri | Qlobal ehtiyatlarda payı |
ABŞ dolları | 6,76 trilyon dollar | 59% |
Avro | 2,26 trilyon dollar | 20% |
Yapon yeni | 654 milyard dollar | 6% |
Funt-sterlinq | 562 milyard dollar | 5% |
Kanada dolları | 285 milyard dollar | 3% |
Avstraliya dolları | 248 milyard dollar | 2% |
Yuan | 246 milyard dollar | 2% |
Digərləri | 460 milyard dollar | 3% |
Gözəl Həşimova