AZ

Biləsuvarda uşaq masaj zamanı ağrıdan öldü - Cinayət işi başlandı

Bakı. Trend:

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayətişi başlanıb.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ciil təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğulolan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsifaktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlərnəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslışübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda CinayətMəcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsiləcinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Seçilən
40
45
az.trend.az

10Mənbələr