AZ

Salyanda avtomobil su kanalına düşüb, sürücü ölüb

Salyan rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt - Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. 

Ruslan Nəcəfovun idarə etdiyi VAZ markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr