AZ

İki qızı vəhşicəsinə öldürən "Edirnekapı qatili"nin qonşusu DANIŞDI

Türkiyədə Semih Çelik adlı şəxs tərəfindən vəhşicəsinə öldürülən İkbal Uzuner və Ayşenur Halilin qətlində yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, "Edirnekapı qatili" adlandırılan Semih Çelikin qonşusu qətl günü baş verənləri ilk dəfə danışıb.

Uzmanların “tam psixopat” kimi qələmə verdiyi Semih Çelik oktyabrın 4-də saat 15.30 radələrində sevgilisi Ayşenur Xəlili, daha sonra isə saat 16.00 radələrində İkbal Uzuneri vəhşicəsinə qətlə yetirib. Semih Çelik 2 gənc qızı öldürdükdən sonra telefon kameraları ilə çəkiliş edərək özünü Edirnekapı divarlarından aşağı ataraq intihar edib.

Qətl günü Çelikin evində baş verənlərin üstü açılıb. "Edirnekapı qatili" ilə eyni binada yaşadığını bildirən qadın, qətl günü baş verənləri bir-bir danışıb.

O bildirib ki, hadisə baş verən gün Semih Çelikin yaşadığı evdən davamlı qışqırıq səsləri gəlib: "Binadan qışqırıq səsləri gəlirdi. Ata qışqırır, söyürdü. Uşaq da atanın üstünə qışqırırdı. Nə ana, nə də ata bizə pislik eləməmişdi. Amma həmişə qışqırırdılar. Qışqırıq səsləri həftədə 2-3 dəfə eşidilirdi, bir-iki dəfə də mənə bağırmışdılar. Semih Çelik hadisə günü təxminən saat 2-nin yarısında çörək fırınının qapısında idi. Odun kimi dayanmışdı, titrəyirdi, ağ-appaq olmuşdu". 

Qonşu qadın qeyd edib ki, ölən qızı da daha əvvəl görüb, məhəlləyə gəlib-gedirmiş.

Hadisə ilə bağlı polis tərəfindən aparılan araşdırmalarda Semih Çelikin əvvəllər çinayət törətmədiyi məlum olub.

2 itkin düşmüş şəxs və 1 intihara cəhdlə bağlı cinayət işini araşdıran polislər Semih Çelikin 5 xəstəxana qeydinin olduğunu üzə çıxarıb.

Məlum olub ki, o Eyüpsultan Dövlət Xəstəxanası, Okmeydanı Təhsil və Araşdırma Xəstəxanası və İstanbul Universiteti Tibb Fakültəsi xəstəxanalarında qeydiyatdadır. Semih Çelik bir ildir ki, İstanbul Universiteti Çapa Tibb Fakültəsi Psixiatriya Fakültəsinin nəzarətində olan xəstədir.

O, rutin aralıqlarla psixoloji müalicə və dərman qəbul edir, ancaq xəstəxanada yatdığına dair heç bir qeydyyat yoxdur. 

 

Musavat.com

Seçilən
41
2
musavat.com

10Mənbələr