AZ

Salahla De Bröyne eyni kluba keçir

Premyer Liqanın iki ulduz futbolçusu eyni MLS klubuna keçə bilər. 

Fanat.Az xəbər verir ki, söhbət "Mançester Siti"də çıxış edən belçikalı yarımmüdafiəçi Kevin de Bröyne və "Liverpul"un misirli hücumçusu Məhəmməd Salahdan gedir. 

Məlumatı "TBR Football" yayıb. Mənbənin məlumatına görə, "San Dieqo" onları transfer etməkdə maraqlıdır. Bu klub gələn il MLS-ə daxil olmağı planlaşdırır. Rəhbərlik heyətini məşhur futbolçularla gücləndirmək istəyir. 

Hər iki futbolçunun klubları ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. 

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr