Azərbaycanda 5 uşaq atası özünü öldürdü
Sabirabadda 70 yaşlı 5 övlad atası özünü asaraq intihar edib. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Əlləmbəyli kəndində qeydə alınıb. Kənd sakini, 5 övlad atası, 1954-cü il təvəllüdlü Ağayev İsmayıl Mahmudəli oğlu özünü mağazanın arxasında, ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.