AZ

Füzulinin Dövlətyarlı kəndində 97 milyon manatlıq tikinti-quraşdırma işləri görüləcək

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “TVM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 97 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 97 212 805 manatdır.

Seçilən
23
10
banker.az

10Mənbələr