Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Qırğızıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz artaraq 66,3 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Qırğızıstana 9 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 68 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki,2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 23 milyard 187 milyon dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 216 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 20,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.